29 Aprel 2024
İsrailin baş naziri Rusiyada baş verənlərdən DANIŞDI

İsrailin baş naziri Rusiyada baş verənlərdən DANIŞDI

25 İyun 2023
Baxış: 473

"Rusiyada baş verənlər ölkənin daxili işidir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu operativ müşavirədə bildirib.

"İsrailin bununla heç bir əlaqəsi yoxdur, lakin hadisələri diqqətlə izləməyə davam edəcək", - Netanyahu deyib.

Operativ müşavirədə İsrailin müdafiə naziri Yoav Qalant, ordu və kəşfiyyat orqanlarının rəhbərləri, xarici işlər naziri Eli Koen, repatriasiya və inteqrasiya naziri Ofir Sofer və bəzi digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.