29 Aprel 2024
İsrailin Baş naziri bir gecə xəstəxanada qalacaq

İsrailin Baş naziri bir gecə xəstəxanada qalacaq

16 İyul 2023
Baxış: 492

Həkimlərinin tövsiyəsi ilə İsrailin baş naziri Benyamin Netanyahu bir gecə “Tel HaShomer” xəstəxanasındakı Şeba Tibb Mərkəzində tibbi müşahidə altında qalacaq.

“Report” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 16 iyul səhərə planlaşdırılan iclası 17 iyul tarixinə təxirə salınıb.

“Kan” radiosu bildirib ki, Baş nazirin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi palata seçilib. Bu da təhlükəsizlik tədbirləri ilə bağlıdır.