29 Aprel 2024
İsrail və İran: həyəcan vəziyyətində sualtı gəmilər və PUA

İsrail və İran: həyəcan vəziyyətində sualtı gəmilər və PUA

21 Yanvar 2021
Baxış: 1165

Donald Trump-ın prezidentliyinin son saatlarında Qırmızı dəniz bölgəsində İsrail ilə İran arasında gərginlik artıb.

Bu barədə BulgarianM hərbi nəşri Livan, İsrail və İran mediasına istinadən xəbər verib.

İsrailin Qırmızı dəniz bölgəsindəki hərbçilərinin hazırlıq vəziyyətində olduğu ifadə edilib. Yerusəlim buraya "Şayetet 13" dəniz qüvvələrinin xüsusi təyinatlı bölməsini və bir sualtı qayığını köçürdüb.

Hərbi mütəxəssislərin fikrincə, döyüş vahidi güclü silahlara malikdir. Analitiklər bölgəyə sualtı qayıqların göndərilməsinin İran üçün ciddi bir siqnal olduğunu söyləyirlər.