29 Aprel 2024
İsrail səfiri şəhid jurnalistlərlə bağlı başsağlığı verdi - FOTO

İsrail səfiri şəhid jurnalistlərlə bağlı başsağlığı verdi - FOTO

04 İyun 2021
Baxış: 708

İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalistin şəhid olması ilə bağlı başsağlığı verib.

AJMEDİA.info xəbər verir ki, diplomat bu barədə tvitterdə yazıb.

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlaması nəticəsində şəhid olması xəbəri bizi çox kədərləndirdi”, – səfir qeyd edib.

C.Dik hadisə qurbanlarının ailələrinə başsağlığı verib və həlak olanlara Allahdan rəhmət diləyib.

We are deeply saddened by the news of the death of two journalists from a landmine in Kalbajar, #Azerbaijan. Our thoughts and prayers are with the families of the victims.

Allah Rəhmət Eləsin 🙏🇦🇿

— George Deek (@GeorgeDeek) June 4, 2021