30 Aprel 2024
“İsrail Qəzzanın mərkəzində kəşfiyyata əsaslanan quru əməliyyata başladı”

“İsrail Qəzzanın mərkəzində kəşfiyyata əsaslanan quru əməliyyata başladı”

12 Aprel 2024
Baxış: 366

“İsrail Müdafiə Qüvvələrinin 162-ci Diviziyası Qəzza zolağının mərkəzi hissəsində radikallara və onların hədəflərinə qarşı “yüksək dəqiqlikli” əməliyyata başlayıb”.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qoşunlar Fələstin anklavının mərkəzinə daxil olmamışdan əvvəl qırıcı təyyarələr hərbi hədəflərə zərbələr endirib:
“Gecə 162-ci diviziya Qəzza zolağının mərkəzində terrorçuları və terror infrastrukturunu məhv etmək üçün dəqiq, kəşfiyyata əsaslanan əməliyyata başlayıb. Qoşunlar əraziyə daxil olmamışdan əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və qırıcılar terrorçuların infrastrukturunun yuxarı və altındakı obyektlərinə zərbələr endiriblər”.
Qeyd olunur ki, anklavın mərkəzi hissəsindəki onlarla terrorçu hədəf quru bölmələri yerləşdirilməzdən əvvəl havadan hücuma məruz qalıb:
“Manevr qüvvələri ilə Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti ərazidə terrorçu strukturların və çoxlu sayda terrorçunun olması ilə bağlı dəqiq kəşfiyyat təlimatlarına əsasən həyata keçirilib”.