29 Aprel 2024
İsrail prezidenti İranın zərbələrini müharibə elanı adlandırıb

İsrail prezidenti İranın zərbələrini müharibə elanı adlandırıb

15 Aprel 2024
Baxış: 388

İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.

AJMEDİA.İNFO istinadən xəbər verir ki, bu barədə Prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.

“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.

Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:

“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.

“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.

O həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü “sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb:

“Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.//Report