30 Aprel 2024
İsrail ordusunda xanımların xidmət etməsi üçün tələblər açıqlandı

İsrail ordusunda xanımların xidmət etməsi üçün tələblər açıqlandı

08 İyun 2022
Baxış: 404

Israil hərbi qüvvələri, döyüş və elit bölmələrdə qızların qəbul tələblərini nəşr edib.

AJMEDİA.İNFO xəbər verir ki, yayımlanan meyarlar İsrail feministləri arasında şiddətli qəzəb dalğasına səbəb olub.

Qəbul meyarları qadın hüquqları müdafiəçilərinin Ali Məhkəməyə bütün döyüş hissələrinin qadınlar üçün açılmasını tələb edən ərizə təqdim etdikdən sonra dərc edilib.

Qızların istənilən bölmədə istənilən vəzifəni tuta biləcəyi açıqlanıb - lakin bu, tədricən, yavaş və idarə olunan proses olacaq.


Tank bölmələrində xidmət etmək üçün xanımlar ən azı 60 kq çəkisi, ən azı 1,65 metr boyu, 16:44 vaxt müddətinə 3000 metr qaçması və beş dəfə özünü yuxarı çəkməsi lazımdır.


Quru qoşunlarında xidmət etmək üçün xanım ən azı 67 kq çəkidə, ən azı 1,64 metr boyunda olmalı, 15:44 vaxt müddətinə 3000 metr qaçmalı və özünü yeddi dəfə yuxarı çəkməlidir.


Quru xüsusi təyinatlılarında xidmət etmək üçün xanım ən azı 78 kq çəkidə, ən azı 1,66 metr boyunda olmalı, 14:50 vaxt müddətində 3000 metr qaçmalı və özünü on dəfə yuxarı çəkməlidir.


Nəsimi Əbilov