21 Sentyabr 2021

Azerbaijan, Baku

20°C/27°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

İsrail Gürcüstanı “qırmızı siyahıya” saldı

İsrail Gürcüstanı “qırmızı siyahıya” saldı

23 İyul 2021
Baxış: 306

Gürcüstan iyulun 30-dan İsrailin “qırmızı siyahı”sına daxil ediləcək və İsraildən bu ölkəyə səfərlərə icazə verilməyəcək.

AJMEDİA.İNFO “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu qərarı İsrail hökuməti qəbul edib.

Məlumatda qeyd olunur ki, Gürcüstan koronavirusun yayılma tempinə görə “narıncı zona”dan “qırmızı zona”ya keçib.

Son sutka ərzində ölkədə 2460 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə isə pandemiya başlayandan bu günə qədər Gürcüstanda 398 081 nəfər koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, İsail vətəndaşları Gürcüstana ən çox səfər edən ölkələrin üçlüyünə daxildir. Təkcə bu ilin iyununda Gürcüstana İsraildən 15 min 837 turist gəlib.