08 May 2024
İspaniyaya gedən qayıq batıb, 40-dan çox miqrant ölüb

İspaniyaya gedən qayıq batıb, 40-dan çox miqrant ölüb

07 Avqust 2021
Baxış: 811

Miqrantları Daxla bölgəsindən (Qərbi Sahara) İspaniyanın Kanar adalarına aparan qayıq sahildən ayrıldıqdan yarım saat sonra çevrilib.

AJM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə QHT rəhbəri Yelena Maleno "Twitter" hesabında yazıb.

Hadisə nəticəsində 40-dan çox miqrant boğularaq ölüb. Onlardan 30-u qadın, 8-i uşaq, 4-ü isə kişi olub. On nəfər sağ qalmağı bacarıb.

Hüquq müdafiəçilərinin hesabatına görə, 2021-ci ilin ilk altı ayında 2087 miqrant İspaniyaya gedərkən yolda ölüb.

Rəsmi məlumata görə, ilin əvvəlindən avqustun 1-dək ölkəyə dəniz yolu ilə 15,3 min qanunsuz miqrant daxil olub. Ümumilikdə isə bu rəqəm 16,5 mindir.

Teqlər: İspaniya