29 Aprel 2024
İranın Ali lideri Əli Xamenei İran vaksini ilə peyvənd olundu - VİDEO

İranın Ali lideri Əli Xamenei İran vaksini ilə peyvənd olundu - VİDEO

25 İyun 2021
Baxış: 993

İranın Ali lideri Əli Xamenei bu gün İran istehsalı “Kov Iran Barakat” koronavirus vaksini ilə peyvənd olunub.

AJMEDİA.İNFO “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin saytında məlumat verilib.

Əli Xameneinin COVID-19 peyvəndi olan “Kov Iran Barakat”ın ilk dozasını aldığı bildirilir.

“Artıq bir neçə aydır məni peyvənd etməyə çağırırlar, amma əvvəlcə İran peyvəndinin istehsalını gözləyəcəyimi və peyvəndin növbədənkənar edilməsini istəmədiyimi dedim”, - deyə Xamenei qeyd edib.