29 Aprel 2024
İrandan Şuşa ilə bağlı növbəti TƏXRİBAT – FOTOFAKT

İrandan Şuşa ilə bağlı növbəti TƏXRİBAT – FOTOFAKT

08 İyul 2022
Baxış: 394

İranlı siyasi şərhçi və tədqiqatçı Salar Seyfəddini adlı şəxs Azərbaycana qarşı təxribat xarakterli hərəkəti ilə yadda qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, o öz tvitter hesabından İran paytaxtının küçələrindən birinə verilən Azərbaycanın Şuşa şəhərinin təhrif edilmiş “Şuşi” adının fotosunu “Shusi” həştəqi ilə paylaşıb.

Qeyd edək ki, əslən Təbrizdən olan S. Seyfəddini daim anti-Azərbaycan və anti-Türkiyə çıxışları və yazıları ilə gündəmə gəlib.

Ümumilikdə isə Azərbaycana qarşı qərəzli və əsassız təhlil yazıları ilə tanınan bu “siyasi şərhçi”nin İran-Azərbaycan əlaqələrinin yenicə normal məcraya düşdüyü bir vaxtda belə təxribat xarakterli paylaşımlara əl atması düşündürücüdür. (Bizim.Media)