29 Aprel 2024
İran prezidenti Kremldə namaz qıldı - FOTO

İran prezidenti Kremldə namaz qıldı - FOTO

19 Yanvar 2022
Baxış: 506

İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Kremldə namaz qılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə çərşənbə günü IRIB yayım korporasiyası məlumat yayıb.

Yayımçı siyasətçinin Kreml salonlarından birində namaz qıldığı fotosunu dərc edib.

Qeyd edək ki, İran prezidenti yanvarın 19-da Rusiyaya rəsmi səfərə gedib. Putinlə görüş iranlı siyasətçinin vəzifəyə başlamasından sonra Rusiya liderilə ilk görüşü olub.

Yanvarın 20-də Rəisinin Moskvada Dövlət Dumasında və Kafedral kilsədə çıxışı planlaşdırılır.