29 Aprel 2024
“İndi qadınlar ər çörəyi deyil, ər qapazı yeyirlər” - Psixoloq

“İndi qadınlar ər çörəyi deyil, ər qapazı yeyirlər” - Psixoloq

30 İyun 2022
Baxış: 500

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. Bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemlərinin olduğu bildirilib.


AJMEDİA.İNFO-nun məlumatına görə, Yenisabah-a açıqlamasında psixoloq Samirə Bağırova deyib ki, ki, heç bir ailə göründüyü kimi deyil.

“Hər ailənin əlbəttə ki, görünməyən tərəfləri var. Çox nadir hallarda tolerant, tam xoşbəxt ailələrə rast gəlinir ki, tolerant ailə tipi də ölkəmizdə ən az rast gəlinən ailə tipidir. İntiharla əlaqəli qeyd olunan Kəngərli Xalidə xanımın həyat yoldaşının psixoloji problemləri olduğu iddia edilir. Nəticə etibarı ilə xanımın özünün deyil, yoldaşının psixi problemi qeyd olunub”.

Psixoloq qeyd edib ki, sosial şəbəkədən rast gəldiyi məlumata görə, Xalidə xanım öz sahəsində çox uğurlu mütəxəssis bir genekoloq olub. Onun sözlərinə görə, pillə-pillə uğur əldə edən insanın özünə qəsd etməsi həm təəccüblü, həm də müəmmalıdır. Düşünürəm və ümid edirəm aidiyyatı üzrə dövlət orqanları bu məsələni dərindən araşdıracaqlar. Çünki artıq hamımıza məlumdur ki, son zamanlarda bir çox xanımlar həyat yoldaşlarının şiddətinə, aşırı qısqanclığına dözməyərək boşanmaq, baş götürüb qaçmaq istəyirlər və sonunda ya canlarına qəsd olunur ya da hədə-qorxu yolu ilə psixoloji basqı altında saxlanılır”.

Müsahibimiz aşırı qısqanclığın sevgi göstərişi və sağlam hiss olmadığını xanımlarımızın bilməsini istəyib.

“Bu birbaşa psixoloji problemdir. Təbii ki, bir xanım uğur qazandıqca həyatında bu cür problemli bir kişinin qısqanclığı intiqama çevrilə bilir. Deyirlər uğurlu bir kişinin arxasında güclü qadın durur. Rastladığım uğurlu qadınların da arxasında yaxud keçmişində çox zaman uğursuz kişinin olması bəlli olur. Ərə gedib, xoşbəxt, hüzurlu ər çörəyi yemək keçmişdə qaldı. Artıq bir çox xanımlar təhsil almağı,inkişaf etməyi önəmli bilir və çalışaraq öz qazancının çörəyini yeyirlər, amma aşırı qısqanıldığı üçün ər qapazı yeyirlər”.