30 Aprel 2024
İlham Əliyev Gürcüstanda işgüzar SƏFƏRDƏDİR

İlham Əliyev Gürcüstanda işgüzar SƏFƏRDƏDİR

24 Oktyabr 2022
Baxış: 371

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.