29 Aprel 2024
Hoteldə ölən şəxs Dövlət Agentliyində müşavir olub - FOTOSU

Hoteldə ölən şəxs Dövlət Agentliyində müşavir olub - FOTOSU

27 İyun 2023
Baxış: 364

Oğuzda hoteldə həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra ölmüş Sübhan Quliyev Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Report” DTA-dan məlumat əldə edib.

Məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ilkin məlumata görə, S.Quliyev ürəktutmadan vəfat edib.