29 Aprel 2024
"Holokost qurbanlarını və baş vermiş dəhşətli hadisələri xatırlamağa borcluyuq" - Nəsimi Əbilov

"Holokost qurbanlarını və baş vermiş dəhşətli hadisələri xatırlamağa borcluyuq" - Nəsimi Əbilov

27 Yanvar 2022
Baxış: 557

27 yanvar dünyada Holokost qurbanlarının xatirəsi günü kimi qeyd olunur.

Statistikaya nəzər salsaq, görərik ki, son 10 il illə müqayisədə ötən il antisemit hadisələrinin sayına görə ən pis il olaraq tarixə keçib. Buna görə də, BMT Baş Assambleyası Holokostun inkar edilməsinə qarşı mübarizə məqsədi ilə qərar qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov məsələ ilə bağlı fiirlərini bölüşüb.

O soyqırımın tarixi haqqında qısa məlumat verib:

"27 yanvar bütün dünyada Holokost qurbanlarının xatirəsi günüdür. Bu gün 1945-ci ildə Sovet ordusu Ausçvitzin konsentrasiya düşərgəsinin əsirlərini azad edib. II Dünya Müharibəsi dövründə nasistlər tərəfindən altı milyon yəhudi öldürülüb. Holokost qurbanlarının xatirəsinin anılması günü ilk dəfə İsraildə 1949-cu ilin dekabrında- ölkənin qurulmasından bir il yarım sonra qeyd olunub. Nasist Almaniyası 1939-cu ildə Polşaya hücum etdikdən sonra Ausçvitzdə yerləşən hərbi kazarmaları siyasi məhbuslar üçün həbsxanalara çevrib".

Nəsimi Əbilov vurğulayıb ki, o dəhşətli hadisələrin təkrarlanmaması üçün Holokost qurbanlarını və həmin vaxt baş vermiş hadisələri tək biz yox, bütün dünya xatırlamağa borcludur.

Daha sonra N.Əbilov Azərbaycanda Holokost qurbanlarının xatirəsinin yad edilməsi və ölkədə antisemitizmə qarşı mübarizə istiqamətində görülən işləri xüsusi ilə vurğulayıb.