08 May 2024
"Hökumətdə casuslar vardı, hamısını təmizlədim" - PUTİN

"Hökumətdə casuslar vardı, hamısını təmizlədim" - PUTİN

10 Dekabr 2021
Baxış: 441

1990-cı illərdə Rusiya hökumətində MKİ əməkdaşları var idi. 2000-ci illərin əvvəllərində onların hamısını təmizlədim. 1990-cı illərin ortalarında dövlət məmurları məsləhətçi kimi işləyirdilər. Sonradan məlum oldu ki, bunlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin əlavə edib ki, daha sonra onlar Rusiyada işləyərkən özəlləşdirmədə iştirak edərək Amerika qanunlarını pozduqları üçün ABŞ-da mühakimə olundular.