29 Aprel 2024
Həqiqi hərbi xidmətin müddəti AZALDILIR

Həqiqi hərbi xidmətin müddəti AZALDILIR

10 İyun 2022
Baxış: 540

Gürcüstanda çağırışçılar üçün Milli Hərbi Xidmətin yaradılması planlaşdırılır. Sözügedən xidmətdən yararlanan əsgərlər üçün hərbi xidmət müddəti 12 aydan 8 aya endiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qonsu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, Milli Hərbi Xidmətin yaradılması ilə gənclər yüksək səviyyədə ilkin döyüş hazırlığı keçmək imkanı əldə edəcəklər:

“Milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. Bu o deməkdir ki, gənclərimiz yüksək səviyyədə ilkin döyüş hazırlığı keçəcək, xidmət müddətində yalnız hərbi tapşırıqları yerinə yetirəcək və bununla da ehtiyatda müvafiq baza yaradılacaq. Bu isə gənclərdə ən qısa müddətdə zəruri hərbi vərdişlərin formalaşdırılması və ölkənin təhlükəsizliyinin artırılması deməkdir”.

Qeyd edək ki, sözügedən qərar yalnız Müdafiə Nazirliyinin Milli Hərbi Xidmət proqramında hərbi xidmət göstərən şəxslərə şamil ediləcək. Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.(publika.az)