29 Aprel 2024
HƏMAS girovlarla bağlı İsraillə danışıqları dayandırdı

HƏMAS girovlarla bağlı İsraillə danışıqları dayandırdı

17 Noyabr 2023
Baxış: 331

HƏMAS girovların azad edilməsi ilə bağlı İsraillə danışıqları dayandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu açıqlama ilə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Svi çıxış edib.

İsrailli diplomat əlavə edib ki, HƏMAS girovlar haqqında heç bir məlumat vermədiyindən onların vəziyyəti hələlik məlum deyil.

“Məhbusların dəqiq sayı və onların səhhəti barədə heç bir məlumat olmadan danışıqlar aparmaq çox çətindir”, - deyə Aleksandr Ben Svi vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS silahlılarının Qəzza zolağından hücumu nəticəsində 200-dən çox insan girov götürülüb.

Mənbə: “Rossiya 24”