29 Aprel 2024
“Heç olmasa, Mariupolda sağ qala bilənləri xilas etməliyik” - Zelenskidən ÇAĞIRIŞ

“Heç olmasa, Mariupolda sağ qala bilənləri xilas etməliyik” - Zelenskidən ÇAĞIRIŞ

08 Aprel 2022
Baxış: 737

Ukrayna Prezidenti Volodimir Zelenski azı on minlərlə ukraynalının Rusiya ərazilərinə və Ukraynanın müvəqqəti işğal edilmiş yaşayış məntəqələrinə aparıldığını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, Yunanıstan parlamentinə müraciətində bildirib.

“Rusiya Ukraynanın cənubundan insanların yeni deportasiyasına başlayıb. Artıq on minlərlə insan Rusiyaya və Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinə aparılıb. Onlar Rusiya birləşmələrinin zərbələri altında qalan Mariupol və digər şəhərlərin sakinləridir”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu, Rusiyanın insanları məcburi məskunlaşdırmasıdır.

“Rusiya etdiyi hər şeyin cavabsız qalacağına tamamilə əmindir. Biz onu saxlamalıyıq. Biz Rusiyanı məsuliyyətə cəlb etməliyik”, - deyən Ukrayna lideri həmçinin bildirib ki, Rusiya tərəfindən deportasiya olunan insanlar tapılmalıdırlar.

“Heç olmasa, Mariupolda sağ qala bilənləri xilas etməliyik”, - Zelenski deyib.

Mənbə: UNİAN