30 Aprel 2024
"Hava sahəsini bağlayın, Yaşamaq istəyirik” - Zelenskidən Kanadaya MÜRACİƏT

"Hava sahəsini bağlayın, Yaşamaq istəyirik” - Zelenskidən Kanadaya MÜRACİƏT

16 Mart 2022
Baxış: 361

Ukrayna Prezidenti Volodimir Zelenski Kanada Federal Parlamentinin Baş Assambleyasına müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, Zelenskini çıxışını onlayn formatda edib.

O, Ukraynanın hava məkanının bağlanması tələbini yenidən dilə gətirib:

“Xahiş edirəm, göy üzünü bağlayın, hava məkanını qapadın. Xahiş edirəm, bombalamağı dayandırın. Bunu edənədək şəhərlərimizə daha neçə raket düşməlidir?”

Zelenski Ukraynada nələr yaşandığını Kanada Baş naziri Castin Trüdoya müraciətlə dilə gətirib:

“Əziz Castin, qadınlar və uşaqlar daxil olmaqla, hər gün itkilərin sayı barədə hesabatlar aldığınızı xəyal edə bilərsiniz? Kiminsə Monreal və ya başqa Kanada şəhərlərində Kanada bayraqlarını endirdiyini düşünə bilərsiniz?

Səninlə dostuq, Castin. Amma eyni zamanda anlamağınızı və hər gün hiss etdiklərimizi hiss etməyinizi istəyirəm. Yaşamaq və müzəffər olmaq istəyirik”.