30 Aprel 2024
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!

Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!

16 Aprel 2024
Baxış: 249

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərdən bəziləri sosial şəbəkədə yazıb ki, aprel ayının pensiyası nədənsə gecikir.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili isə dedi ki, hər hansı gecikmə yoxdur.

"Hər ayın pensiyaları qrafika uyğun olaraq həyata keçirilir. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ay bitmədən ödənişləri həyata keçirilir, heç bir gecikmədən söz gedə bilməz. Bu ayın pensiyalarının verilməsi 16-sı tarixindədir, ona görə heç bir gecikmə yoxdur", - deyə qurum rəsmisi bildirdi.