30 Aprel 2024
Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb

Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb

25 İyul 2021
Baxış: 827

İyulun 25-də Gürcüstanın Dmanisi və Zalqa rayonları ərazisində zəlzələ qeydə alınıb.

AJM xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, ilk yeraltı təkan saat 12:14-də 2.9 bal gücündə Dmanisi rayonunun Sameba kəndi yaxınlığında, digəri isə saat 13:02-də 3.7 bal gücündə Zalqa rayonunun Salamaleyki kəndində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir. Amma əhali arasında narahatlıq və təşviş var.

Teqlər: Gürcüstan