29 Aprel 2024
Fələstinlə İsrail arasındakı müqavilə LƏĞV EDİLDİ

Fələstinlə İsrail arasındakı müqavilə LƏĞV EDİLDİ

21 İyun 2021
Baxış: 857

Fələstin və İsrail hökuməti arasında əldə olunmuş peyvənd razılaşması pozulub.

AJMEDİA.info xəbər verir ki, Fələstin dövləti İsraildən 1 milyon doza koronavirus əleyhinə “Pfizer” peyvəndini almaqdan imtina edib.

Buna səbəb kimi Fələstin hökuməti İsrailin tərəfinin İordan çayının qərb sahilinə göndərdiyi 100 min doza peyvəndin son istifadə müddətinin qısa zamanda bitməsini əsas gətirib.

Fələstinin səhiyyə naziri Mey Kayle isə keçirdiyi mətbuat konfransında bildirib ki, mütəxəssislər peyvənd dozalarını yoxlayıb və onların “keyfiyyətsiz olduqları” müəyyən edilib, buna görə də geri qaytarılmasına qərar verilib.