Gözətçi kollecdə 17 yaşlı qızla cinsi əlaqədə oldu... - Lənk...
4 saat əvvəlErmənistan parlamentində DAVA: Yumruqlar DANIŞDI - VİDEO
24 Avqust 2021
Baxış: 688
Ermənistan parlamentində müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub.
AJMEDİA.İNFO Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisəyə səbəb parlament sədrinin təhlükəsizlik xidmətinə deputat Anna Mkrtçyanı iclas zalından çıxarmaq barədə tapşırığı olub.
Müxalif deputatlar A.Mkrtçyanı əhatəyə alıb və onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub, toqquşma yaşanıb. Müxalif parlamentarilər “Nikol, sən satqınsan” qışqırıblar.
İnsidentlə bağlı 20 dəqiqəlik fasilə elan olunub.