29 Aprel 2024
Ermənistan KİV: “6 erməni hərbçi Azərbaycan əsgərləri tərəfindən saxlanılıb”

Ermənistan KİV: “6 erməni hərbçi Azərbaycan əsgərləri tərəfindən saxlanılıb”

16 Noyabr 2021
Baxış: 574

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində altı erməni hərbçi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ermənistan mətbuatı bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.