30 Aprel 2024
Ermənistan Basarkeçərdən Kəlbəcəri atəşə tutdu - Müdafiə Nazirliyi

Ermənistan Basarkeçərdən Kəlbəcəri atəşə tutdu - Müdafiə Nazirliyi

24 Avqust 2021
Baxış: 463

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.