Gözətçi kollecdə 17 yaşlı qızla cinsi əlaqədə oldu... - Lənk...
2 saat əvvəlErmənipərəst müğənninin Bakı konserti LƏĞV OLUNDU
19 May 2022
Baxış: 706
Rusiyalı müğənni Lübov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.
AJMEDİA.İNFO xəbər verir ki, Vesti.az-ın yazdığına görə, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir. Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, sözügedən konsert proqramının təşkilatçısı onlar deyil:
"Lübov Uspenskaya nazirliyin xətti ilə ölkəmizə gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil”.
Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.