29 Aprel 2024
Ermənilər Azərbaycan kəndlərindən çıxarılır - Evakuasiya PROQRAMI HAZIRLANDI

Ermənilər Azərbaycan kəndlərindən çıxarılır - Evakuasiya PROQRAMI HAZIRLANDI

23 Avqust 2021
Baxış: 596

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Tavuş qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evaksiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.

Asif Nərimanlı