29 Aprel 2024
Ərdoğan parlamentdə Nizami Gəncəviyə həsr olunan beyt dedi - VİDEO

Ərdoğan parlamentdə Nizami Gəncəviyə həsr olunan beyt dedi - VİDEO

16 İyun 2021
Baxış: 649

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən Şərqin böyük şairi Nizami Gəncəviyə həsr edilən beyt səsləndirib.

AJMEDİA.info-nun qafqazinfo-ya istinadən məlumatına görə, R.T.Ərdoğan bildirib ki, sadəcə Şuşa, ya da Qarabağ deyil, Azərbaycanın, türk dünyasının hər yeri böyük şairlər və sənətçilər yetişdirib: “Məsələn, bu il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümüdür. Əsrlər boyunca şairlər onunla yarışmağı və ona çatmağı özlərinə ləyaqət sayıblar. “Avni” təxəllüsü ilə şeirlər yazan Fatih Sultan Mehmetin bir əsərində də eyni məsələyə rastlanır:

“Bu kelam ile Nizami işidürse sözüni,

İlteler sana hased Sa’di vü Selmân bu gice”

Qeyd edək ki, R.T. Ərdoğan daha öncə də çıxışlarında şeirlərə, ədəbiyyat nümunələrinə yer verməsi ilə seçilib.