29 Aprel 2024
Ərdoğan İsrailin yeni Prezidenti ilə DANIŞDI - Nələr MÜZAKİRƏ OLUNDU?

Ərdoğan İsrailin yeni Prezidenti ilə DANIŞDI - Nələr MÜZAKİRƏ OLUNDU?

13 İyul 2021
Baxış: 607

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon söhbətində Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib.

Türkiyə lideri epidemiyaya baxmayaraq, ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib.

Bütün fikir ayrılıqlarına rəğmən, təmas və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini dilə gətirən Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözlədiyini vurğulayıb.

Ərdoğan Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcəyini bildirib.