29 Aprel 2024
Elmar Vəliyevin nəvəsi ilə YENİ GÖRÜNTÜSÜ - FOTO

Elmar Vəliyevin nəvəsi ilə YENİ GÖRÜNTÜSÜ - FOTO

16 Mart 2022
Baxış: 401

Gəncə hadisələrindən sonra ictimaiyyət arasında görüntülənməyən Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev bu dəfə də fotosu ilə gündəmə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Qafqazinfo onun son şəklini əldə edib. Göründüyü kimi keçmiş icra başçısının səhhəti qaydasındadır. Nəvəsi ilə çəkdirdiyi fotoda onun bir qədər çəki aldığı da müşahidə olunur.

Xatırladaq ki, 61 yaşlı E.Vəliyev 2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2018-ci il iyulun 3-də özü və mühafizəçisi İcra Hakimiyyətinin binası qarşısında dini təriqət nümayəndəsi Yunis Səfərov tərəfindən güllələnib. Həmin ilin avqustunda vəzifəsindən azad edilib. Yunis Səfərova ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, 2021-ci ilin yayında vəkil Cavad Cavadov bildirmişdi ki, Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib: “Onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.