29 Aprel 2024
Eldar Mahmudovun oğlu istefa verdi - FOTO

Eldar Mahmudovun oğlu istefa verdi - FOTO

11 İyul 2022
Baxış: 365

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ötən ilin 13 dekabr tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində - “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, Anar Mahmudov 6 aydan sonra – bu ilin 21 iyun tarixində “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru vəzifəsindən istefa verib.

Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb. Yeniavaz