30 Aprel 2024
Əhalinin gəlirləri, yoxsa xərcləri daha çox artıb? – Rəsmi statistika

Əhalinin gəlirləri, yoxsa xərcləri daha çox artıb? – Rəsmi statistika

15 Aprel 2024
Baxış: 355

Bu ilin mart ayında ölkə əhalisinin hər bir nəfərinin nominal gəlirləri orta hesabla 869 manat 60 qəpik olub.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, mart ayında vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin hər bir nəfərinin sərəncamında qalan gəlir 730 manat 50 qəpik olub.
Qeyd edək ki, ötən ilin mart ayında əhalinin hər bir nəfərinin sərəncamında qalan gəlir 698 manat 60 qəpik olub və son bir ildə bu göstərici 31 manat 90 qəpik və ya 4,6% artıb.
Onu da bildirək ki, son bir ildə əhalinin gəlirləri artsa da, pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin gəlirlərdəki payı dəyişməyib.
Belə ki, ötən ilin mart ayında əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrində gəlirlərinin 60,1%-ni (420 manat), bu ilin mart ayında isə 60,3%-ni (440,9 manat) xərcləyib.
Bu həm də o deməkdir ki, əhalinin gəlirləri ilə onların xərcləri təxminən eyni səviyyədə artıb.