29 Aprel 2024
Dünyaca məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxs İranla əlaqədə olub - KƏŞFİYYAT

Dünyaca məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxs İranla əlaqədə olub - KƏŞFİYYAT

15 Avqust 2022
Baxış: 392

Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Matar sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hadi Matar Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.

Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.

Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.