"Hizbullah" dəstələri İsrailin sərhəd yaşayış məntəqələrini...
33 dəqiqə əvvəlDTX Naxçıvanda daha bir qurumda əməliyyata BAŞLADI
29 Noyabr 2022
Baxış: 384
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.
AJMEDİA.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.
Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.