29 Aprel 2024
Dolu, leysan, güclü külək... - XƏBƏRDARLIQ

Dolu, leysan, güclü külək... - XƏBƏRDARLIQ

02 Avqust 2023
Baxış: 511

"Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq avqustun 5-i gündüzədək hava şəraiti dəyişəcək".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, arabir leysan xarakterli yağış yağacaq, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.