29 Aprel 2024
Demokratlar İsrailə silah satışını dayandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

Demokratlar İsrailə silah satışını dayandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

20 May 2021
Baxış: 527

ABŞ-ın bəzi demokrat deputatları Prezident Co Baydenin İsrailə silah satışı ilə bağlı qərarının dayandırılması üçün qanun layihəsi hazırlayıb.

AJMEDİA.info xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata əsasən, Nümayəndələr Palatasının Nyu Yorkdan olan millət vəkili Aleksandriya Ocasio-Kortez, Fələstin əsilli Rəşidə Tlaib, İlhan Ömər və Mark Pocan qanun layihəsini Senata təqdim edib.

Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiqlənərsə, ümumi məclisə göndəriləcək.

Qeyd edək ki, ABŞ İsrailə 735 milyon dollar dəyərində yüksək dəqiqlikli silahın satışını təsdiqləyib.