30 Aprel 2024
DANX-ın mətbuat xidmətinin rəhbəri vəzifəsindən getdi

DANX-ın mətbuat xidmətinin rəhbəri vəzifəsindən getdi

11 Noyabr 2021
Baxış: 653

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova vəzifəsindən istefa verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o özü bildirib.

“Əziz dostlar, həmkarlar, dəyərli media mənsubları, doğma ictimaiyyətim, ümumiyyətlə yolun bütün iştirakçıları. Yol bitir, yenisi başlayır. Mənim də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müşayət olunan yolum bu gün bitdi”, - N.Allahyarova qeyd edib.