29 Aprel 2024
Ceyhun Bayramov: "İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur"

Ceyhun Bayramov: "İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur"

07 May 2020
Baxış: 455

"Ötən həftə Operativ Qərargah tərəfindən qərarlar verilib. Qərara görə, ümumtəhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması 31 maya qədər uzadılıb".

AJM-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O deyib ki, Operativ Qərargahda çoxsaylı müzakirələr keçirilib: "Tibb bölməsində olan rəylər də nəzərə alınıb. İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur".