30 Aprel 2024
Cəbrayılda fəhlə minaya düşdüyü ərazidən belə çıxdı: "Dizdən aşağı ayağı yoxdur, özü bilmir..." - VİDEO

Cəbrayılda fəhlə minaya düşdüyü ərazidən belə çıxdı: "Dizdən aşağı ayağı yoxdur, özü bilmir..." - VİDEO

30 Noyabr 2021
Baxış: 567

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.

AJMEDİA.İNFO İctimai TV-yə istinadla xəbər verir ki, N.Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər.

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Sözügedən kadrları təqdim edirik: