29 Aprel 2024
Çavuşoğludan sərhəddəki vəziyyətlə bağlı Ermənistana SƏRT XƏBƏRDARLIQ

Çavuşoğludan sərhəddəki vəziyyətlə bağlı Ermənistana SƏRT XƏBƏRDARLIQ

13 Sentyabr 2022
Baxış: 386

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - o qeyd edib.