29 Aprel 2024
Casus proqramı Makronu qorxuya salıb - İsrailin Baş Naziri ilə DANIŞDI

Casus proqramı Makronu qorxuya salıb - İsrailin Baş Naziri ilə DANIŞDI

26 İyul 2021
Baxış: 657

Fransa Prezidenti Emmanuel Makron İsrail Baş naziri Naftali Bennettlə telefon əlaqəsi saxlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı İsrail mediası yayıb.

Telefon danışığı zamanı E.Makron Bennettə “Pegasus” casus proqramı ilə bağlı narahatlığını dilə gətirib. Bennett isə öz növbəsində məsələnin araşdırılacağını və nəticələr barədə Makrona məlumat verəcəyini bildirib.

İsrail Baş naziri eyni zamanda, hadisənin ondan əvvəlki rəhbərlik zamanı baş verdiyini, hazırkı hökumətin məsələ ilə bağlı mediadan məlumat aldığını deyib.