29 Aprel 2024
Bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLDİ - Sürücülərin NƏZƏRİNƏ!

Bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLDİ - Sürücülərin NƏZƏRİNƏ!

04 Oktyabr 2023
Baxış: 724

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

AJMEDİA.İNFO xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlayıb.

Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.

Qeyd edək ki, NİİM tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.