29 Aprel 2024
Bu şəxslərin pensiya təyinatında YENİLİK OLDU

Bu şəxslərin pensiya təyinatında YENİLİK OLDU

08 İyul 2022
Baxış: 358

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması nəzərdə tutulur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Teqlər: Prnsiya