30 Aprel 2024
"Bu qan yerdə qalmayacaq" - Urmiyalı fəallar İrana qarşı + VİDEO

"Bu qan yerdə qalmayacaq" - Urmiyalı fəallar İrana qarşı + VİDEO

15 Avqust 2022
Baxış: 411

Bir qrup azərbaycanlı fəal Urmu gölünün qurudulmasına etiraz ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, onlar Urmiyada körpü və başqa yerlərə banerlər quraşdırıblar. Banerlərin üzərində qurudulan Urmu gölünün şəkli və “Bu qan yerdə qalmaz” şüarı əsk olunub.

Qeyd edək ki, son vaxtlar Güney azərbaycanlı milli-mədəni fəallar Urmu gölünün qəsdən İran rejimi tərəfindən qurudulmasına diqqət yönəltmək məqsədilə müxtəlif aksiyalar keçirirlər. İran rejimi Azərbaycanla düşmənçilik məqsədilə gölə tökülən çayların qarşısını kəsərək gölü qurudub. Bu isə Güney Azərbaycanda dəhşətli ekoloji fəlakətə yol açır.(BakuPost.az)