29 Aprel 2024
Bu ölkədə meymunçiçəyinə qarşı TƏDBİR: Şəhərlərə meymun gətirilməsinə QADAĞA QOYULDU

Bu ölkədə meymunçiçəyinə qarşı TƏDBİR: Şəhərlərə meymun gətirilməsinə QADAĞA QOYULDU

26 May 2022
Baxış: 559

İraq meymunçiçəyi virusuna qarşı hazırlıq görüb.

AJMEDİA.İNFO xəbər verir ki, virusun yayılmasının qarşısını almaq üçün Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsinə qadağa qoyulub, Bəsrə şəhərində isə xüsusi komissiya yaradılıb.

Zikar Baytarlıq Xəstəxanasından verilən açıqlamada virusa yoluxma hallarının diaqnozu ilə bağlı görülən tədbirlər çərçivəsində başda meymun olmaqla şəhərə və İraqa yaxın bəzi ölkələrdə heyvanların gətirilməsinin qadağan edildiyi bildirilib.

Meymun bəsləyənlərdən meymunlarını baytar həkimlərə müayinə etdirmələri istənilib.

Mənbə: İHA