30 Aprel 2024
Bu müəllimlərə xoş xəbər: Maaşları artırılacaq

Bu müəllimlərə xoş xəbər: Maaşları artırılacaq

30 Aprel 2023
Baxış: 704

Xəbər veridiymiz kimi, yaşı 60-dan çox olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü ola bilər. Bununla bağlı Milli Məclisin sonuncu iclasında məsələ qaldırılıb.

Bəs, bununla bağlı nə zaman qərar qəbul olunacaq?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq:

“Elm və Təhsil Nazirliyi olaraq, yaşı 60-dan çox olan müəllimlərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı Milli Məclisə təklif göndərmişik. Qərar qəbul edilərsə, yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırılmasında könüllülük prinsipi əsas götürüləcək. Sertifikatlaşdırmadan keçən müəllimlərim maaşlarında artım da olacaq. Qərarın yaxın günlərdə qəbul olunma ehtimalı var. Biz təklifi göndərdik. Artıq məsələyə Milli Məclis baxacaq”. musavat.com