29 Aprel 2024
Brüsseldə Minsk Qrupunun fatihəsi verildi - ŞƏRH

Brüsseldə Minsk Qrupunun fatihəsi verildi - ŞƏRH

15 Dekabr 2021
Baxış: 522

Avropa İttifaqı məsələlərə o qədər də dərindən nüfuz etmədi. Görünür, yaxşı başa düşürlər ki, Soçidə daha ciddi addımlar atıb və həmin addımlarla bağlı məsələlərin yenidən qabardılması normal qarşılanmayacaq. Şarl Mişel indiyə qədər təsdiq edilmiş qərarların tərəfdarı olduğunu qeyd etdi.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşü barədə bəyanatını şərh edərkən deyib.

“Ermənistan Aİ xətti ilə aparılan görüşə daha böyük ümidlər bəsləyirdi. Onlar Azərbaycanın mövqelərinə müəyyən təsir göstərməyə çalışdılar. Lakin Azərbaycan Prezidenti önləyici tədbirlər aldı: NATO-dakı görüşdə Prezident Zəngəzur dəhlizi məsələsini bir daha qabartdı”, - politoloq bildirib.

O qeyd edib ki, Brüssel görüşü sadəcə danışıqlar prosesinin intensivləşməsinə müəyyən töhfə verir:

“Bu görüş Soçi görüşünü, Rusiyanın moderatorluğu ilə aparılan danışıqlar prosesini əngəlləyə bilmədi. Diqqətlər yenidən Putinin moderatorluğu ilə aparılacaq danışaqlar prosesinə yönəldi”.

Q.Hüseynli deyib ki, Azərbaycan və Ermənistan arasında sülhyaratma prosesində ATƏT-in Minsk Qrupunun artıq görəcək bir işi qalmayıb:

“Aİ də, Avropdakı siyasi xadimlər də bunu yaxşı başa düşürlər. Şarl Mişel də bəyanatında Minsk Qrupunun adını qətiyyən çəkməyib. Hesab edirəm, MQ-nin artıq fatihəsi verilib. Bundan sonra həmsədrlərin görüşlərə qatılması çətindir”.