29 Aprel 2024
Britaniyada növbəti həftədən ibadət yerləri açılacaq

Britaniyada növbəti həftədən ibadət yerləri açılacaq

07 İyun 2020
Baxış: 425

Böyük Britaniyada növbəti həftədən etibarən ibadət yerləri fəaliyyətə başlayacaq.

AJM xəbər verir ki, gələn həftə elan olunması planlaşdırılan hökumət planına əsasən, kilsə, məscid, sinaqoq və məbədlərin fərdi ibadət üçün açılmasına icazə veriləcək. Bu qərar iyunun 15-dən qüvvəyə minəcək tədbirlərlə birgə həyata keçiriləcək.

Şimali İrlandiyada artıq fərdi ibadətlərə icazə verilsə də, Şotlandiya və Uelsdə bu qanun tətbiq olunmur.

Baş Nazir Boris Consonun çərşənbə axşamı günü planlaşdırılan iclası zamanı qaydaları yeniləməsi gözlənilir. Hökumətin tətbiq etdiyi mərhələli şəkildə karantindən çıxma qanununa əsasən, hər 2 həftədən sonra yeni qaydalar elan edilir.

Teqlər: Britaniya